▲reactivite
/packages/docs/courses/cli/skillpool/promaster/contact
all docs

$ npm view @ubuligan/locknpm

CLI

@ubuligan/locknpm

Install npm packages with no registry access. Lists and installs pre-packed .tgz archives from a bundled vendor directory or any folder on the machine — built for air-gapped environments.

npm versiondownloads
npm github
$ npm install @ubuligan/locknpm

Offline mühitlərdə əvvəlcədən yığılmış .tgz npm arxivlərini siyahılamaq və layihənizə quraşdırmaq üçün CLI.

Problemi belədir: bəzi paketlər yalnız VPN arxasından əlçatandır, bəziləri isə registry-dən ümumiyyətlə gəlmir. Onları əl ilə daşımaq əziyyətlidir. locknpm bu işi bir qovluğa fayl atmaq qədər sadələşdirir.

$ locknpm ls

vendor-npm/ (1 paket)
/usr/local/lib/node_modules/@scope/locknpm/vendor-npm

  PAKET                  VERSIYA   ÖLÇÜ
  escape-string-regexp   5.0.0     1.9 KB

$ locknpm install escape-string-regexp

→ Mənbə: /usr/local/lib/node_modules/@scope/locknpm/vendor-npm
→ Seçildi: escape-string-regexp@5.0.0
→ İcra olunur: npm install "…/escape-string-regexp-5.0.0.tgz"

✓ escape-string-regexp@5.0.0 layihəyə əlavə olundu.
  Mövcud asılılıqlara toxunulmadı.

Quraşdırma#

npm install -g @<scope>/locknpm

Komandalar#

locknpm ls [--dir <yol>] [--json] [--no-color]
locknpm install <name>[@<version>] [--dir <yol>] [--no-color]
locknpm --help | --version
Flagİzah
--dir <yol>Mənbə qovluğunu dəyişir. Verilmədikdə paketlə gələn vendor-npm/ işlədilir. Yalnız həmin çağırış üçün — yadda saxlanmır.
--jsonMaşın-oxunaqlı çıxış (yalnız ls). stdout təmiz JSON qalır, diaqnostika stderr-ə gedir.
--no-colorANSI rənglərini söndürür. NO_COLOR və FORCE_COLOR da nəzərə alınır.

Öz paketlərinizi əlavə etmək#

Arxiv yaradın və qovluğa atın — başqa addım yoxdur:

npm pack <paket-adı> --pack-destination ./mypkgs
locknpm ls --dir ./mypkgs
locknpm install <paket-adı> --dir ./mypkgs

Alətlə birlikdə paylanan paketlər üçün eyni faylı vendor-npm/ qovluğuna qoyun.

Exit kodları#

KodMənası
0Uğur (boş vendor qovluğu da daxil — bu xəta deyil)
1Paket/versiya/qovluq tapılmadı, cari qovluq layihə deyil, npm yoxdur
2Səhv arqument və ya naməlum komanda
digərnpm-in öz exit kodu, olduğu kimi ötürülür

Zəmanətlər#

  • Siyahılama şəbəkəyə çıxmır. ls tam offline işləyir.
  • Mövcud asılılıqlarınıza toxunulmur. Alət heç nə silmir, əvəz etmir, node_modules və ya package-lock.json təmizləmir. npm ci, npm prune, npm dedupe, npm uninstall heç vaxt çağırılmır — bunu tests/constitution.test.ts avtomatik yoxlayır.
  • Sıfır runtime dependency. Yalnız Node built-in modulları və sistemdəki npm.
  • Konfiqurasiya faylı yoxdur. Alət heç yerə vəziyyət yazmır.

Bilinməli davranış: file: asılılıqları#

Quraşdırma npm install <tgz> üzərindən aparıldığı üçün npm həmin paketi package.json-a arxivin yoluna işarə edən file: asılılığı kimi yazır:

"dependencies": {
  "escape-string-regexp": "file:../../path/to/vendor-npm/escape-string-regexp-5.0.0.tgz"
}

Bu, npm-in öz davranışıdır. Nəticəsi: həmin layihəni başqa maşında npm ci ilə qurmaq üçün arxiv eyni yolda olmalıdır. Komanda daxilində paylaşılan layihələrdə arxivi əvvəlcə repo içinə köçürüb --dir ilə oradan quraşdırmaq daha etibarlıdır.

Mühit dəyişənləri#

DəyişənTəsir
NO_COLORRəng söndürülür (dəyərindən asılı olmayaraq)
FORCE_COLOR=0Rəng söndürülür
FORCE_COLOR=<digər>Rəng yandırılır, TTY olmasa belə
TERM=dumbRəng söndürülür
LOCKNPM_DEBUG=1Xətalarda stack trace göstərilir

İnkişaf#

npm install
npm run lint
npm run build
npm test

Hər üçü commit-dən əvvəl yaşıl olmalıdır.

Layihənin qaydaları — prinsiplər, əhatə, qeyri-məqsədlər, təhlükəsizlik tələbləri — .specify/memory/constitution.md faylındadır. Kod bu sənədə tabedir.

Dərcdən əvvəl#

npm pack --dry-run

Tarball-da yalnız dist/, vendor-npm/*.tgz, package.json, README.md və LICENSE görünməlidir. vendor-npm/ içindəki hər şey dərc olunan bağlamaya düşür — daxili paketlər üçün paket scoped və access: restricted olmalıdır.

Lisenziya#

MIT

  • home
  • packages
  • skillpool
  • docs
  • cli
▲reactivite

// The fastest way to scaffold production-ready React apps. Built by developers, for developers.

$ npm create reactivite@latest

resources/

  • └─ documentation
  • └─ packages
  • └─ cli
  • └─ courses
  • └─ markdown
  • └─ diff
  • └─ run
  • └─ radio
  • └─ tv
  • └─ games
  • └─ about
  • └─ contact

community/

  • └─ github

© 2026 reactivite — all rights reserved